17 Noyabr 2015 16:09
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda oğurluqla məşğul olan qrup üzvləri həbs edilib.

Teleqraf.com xəbər verir ki, həbs olunanlar 1988-ci il təvəllüdlü Ceyhun Süleymanov, 1988-ci il təvəllüdlü Emin Məmmədov və 1987-ci il təvəllüdlü Sarvan Kərimovdur.

Qeyd edək ki, dəstə üzvləri Beyləqan rayonunun Yeni-Mil qəsəbəsində yaşayan Qubadlı rayon sakini Elman Qarayevin mağazasına giriblər. Onlar mağazadan 1500 manat dəyərində ərzaq məhsulları və pul oğurlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, onlar Natiq Bayramova məxsus mağazadan 1581 manat dəyərində ərzaq, gündəlik tələbat malları və 100 manat nağd pul oğurlayıblar. Həmçinin Ramazan Babakişiyevin mağazasından 109 manat dəyərində ərzaq və gündəlik tələbat malları oğurlayıblar. Qrup üzvləri mağazalara girəndən üzlərinə maska taxıblar ki, tanınmasınlar.

Hacı Zeynalov


Müəllif: