17 Noyabr 2015 18:17
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Zülfiyyə İzaulovanın üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı vətəndaşdan 2 ədəd bükümdə, ümumi xalis çəkisi 68,820 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn digər Azərbaycan vətəndaşı Anar Kərimovun üzərində şəxsi yoxlama zamanı isə onun daxili orqanında (düz bağırsağında) ayrı-ayrı bükümlərdə müxtəlif narkotik vasitələr aşkar olunub.

Belə ki, adı çəkilən vətəndaşdan 1 ədəd bükümdə, xalis çəkisi 0,84 qram olan həşiş, 1 ədəd bükümdə, xalis çəkisi 1,0 qram olan qurudulmuş marixuana, 1 ədəd bükümdə isə xalis çəkisi 6,10 qram olan metadon adlı preparat aşkar edilərək götürülüb. Hər iki faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif: