4 İyun 2014 12:57
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə bu gün saat 02.-da qeydə alınıb. Samux rayon sakini Rizvan Dirəşxaninin idarə etdiyi “VAZ-21074” və Daşkəsən rayon sakini Ruslan Hüseynovun idarə etdiyi “VAZ-21063” markalı avtomobillər toqquşub.

Ruslan Hüseynov hadisə yerində ölüb.

Faktla bağlı Nizami (Gəncə) Rayon Polis İdarəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: