4 İyun 2014 13:18
1 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə iyunun 3-də saat 23.00-da qeydə alınıb. Suraxanı rayonu Zığ qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Eyyub Mustafayevin idarə etdiyi “Hyundai” və Ramin İbrahimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Hər 2 sürücü və R.İbrahimovun sərnişinlərindən Bakı şəhər sakini Aqşin Hüseynov hadisə yerində ölüb, digər sərnişini Rza Cəfərov, habelə E.Mustafayevin sərnişini, Bakı şəhər sakini Mehman Abbasov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: