18 Noyabr 2015 16:52
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Haşımovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, məhkəmədən İradə Haşımovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə prosesi 25-də davam edəcək.

Qeyd edək ki, İradə Haşımova Gülsüm İsmayılova, Solmaz Haqverdiyeva və bir neçə şəxsdən pul və qızıl, zinət əşyaları alaraq qaytarmayıb. O, G.İsmayılovadan 3 min manat dəyərində qızıl və 1000 manat dəyərində satılıq əşyalar, S.Haqverdiyevadan 20 min manat pul, digər şəxslərdən isə 6 min və 15 min manat pul alıb.

Hacı Zeynalov


Müəllif: