19 Noyabr 2015 14:23
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda ailə münaqişəsi bıçaqlanma ilə nəticələnib.

Teleqraf.com xəbər verir ki, hadisə G.Şıxlınski küçəsi, 3v 39 A, mənzil 83 ünvanında baş verib.

Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Elçin Hüseynov oğlu, 1985-ci il təvəllüdlü Emin ilə ailə münaqişəsi zəminində mübahisə edib. Bu zaman ata və oğul əlbəyaxa olub. Onları ayırmağa çalışan Elçin Hüseynovun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Rəna Hüseynova bıçaqlanıb.

Rəna Hüseynova xəstəxanaya yerləşdirilib. Hadisə vaxtı bıçaq Elçin Hüseynovun əlində olub. O oğlunu bıçaqla qorxutmaq istəyib. Bu zaman bıçaq araya girən Rəna Hüseynovaya dəyib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: