19 Noyabr 2015 18:11
759
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində ağır yol qəzası baş verib.

Teleqraf.com-un hadisə yerində olan əməkdaşının məlumatına görə, 10 TG 824 dövlət nömrə nişanlı 10 nömrəli marşrut avtobusu sürət həddini aşaraq 10 RV 950 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobillə toqquşub.


Hadisə nəticəsində avtomobil yararsız hala düşüb, sürücü sıxılmış vəziyyətdə maşında qalıb.

Ağır bədən xəsarətləri alan sürücü Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.


Müəllif: