20 Noyabr 2015 10:01
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış 24 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 00:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: