20 Noyabr 2015 13:23
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.


Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Miradil Həsənov, Rauf Aşurov və Hüseyn Vəliyev ifadə verib.

Miradil Həsənov təqsirləndirilən Mehman Səlimovun ona məxsus olan firmadan tikinti materialları aldığını bildirib: “Mənin rəhbərim olduğu firma dəmir işi ilə məşğul olur. Mehman Səlimov tikinti mallarını bizdən alıb. O, ödəmələrini isə “Texnikabank” vasitəsi ilə bizə ödəyirdi”.

Məhkəmənin növbəti iclası noyabrın 27-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: