20 Noyabr 2015 13:29
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda yaşayış evində partlayış olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Moskva prospektində qeydə alınıb.

Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə mənzilin qapı və pəncər çərçivələri dağılıb, orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: