20 Noyabr 2015 13:45
1 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 19 il əvvəl öldürülən Şabah Bayrinin cinayət işi üzrə məhkəmə davam edir.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinayət hadisəsi Samsunda baş verib.

Çobanlıq edərək ailəsini dolandıran 3 uşaq atası Şaban Bayrı 1995-ci ildə evə gələrkən xanımı Həbibə Bayrını Mehmet Eralla birlikdə tutub. O, olanları Mehmetin qardaşı Musaya danışıb.

Bundan sonra Musa, Mehmet və Həbibə birlikdə Şaban Bayrını öldürmək qərarını veriblər. Musa Şabanı qonaqlığa dəvət edib. O, Mehmetlə birgə Şabanı planlaşdırılan yerdə gözləyib. Mehmet orada Şaban Bayrını boğaraq öldürüb. Daha sonra 1.5 metr dərinlikdə yer qazaraq cəsədi ora atıb od vurublar. Sonra üstünü torpaqla örtüb hadisə yerindən uzaqlaşıblar.

Bunun ardınca Həbibə polisəa gedərək ərinin itkin düşdüyünü deyib. Aparılan axtarışlar nəticə verməyib.

2001-ci ildə Həbibə yenidən polisə gedib. O, ərini Musa və Mehmet qardaşlarının öldürüldüyünü söyləyib. Prokurorluğa aparılan qadın orda ifadəsini dəyişib. O, bildirib ki, Mehmet onu döydüyü üçün elə deyib. Bundan sonra istintaq bağlanıb.

2006-cı ildə isə Həbibə ilə Mehmet ailə qurub. Vicdan əzabı çəkən Musa ötən ilin noyabrında polisə gedərək olanları etiraf edib.

“Qardaşım Mehmet ilə Həbibə arasında münasibət var idi. Şaban onları bir yerdə tutmuşdu. Aramız yaxşı olduğu üçün gəlib olanları mənə danışdı. Bundan sonra Həbibə, qardaşım və mən Şabanı öldürmək üçün plan qurduq. Şabanı öldürdükdən sonra çuxura atdıq və üzərinə benzin töküb yandırdıq”.

Prokurorluğa xəbər verildikdən sonra hər üç şübhəli saxlanılıb. Musa cəsədin basdırıldığı yeri göstərib. Çuxurdan çıxarılan sümüklərin və paltar qalığının Şaban Bayriyə məxsus olduğu dəqiqləşib.

Hər üç şübhəli haqqında “Xüsusi qəddarlıqla cinayət törətmək, cinayəti planlaşdırmaq və cinayətdə iştirak etmək” ittihamları ilə cinayət işi açılıb.

Məhkəmə tibb ekspertizası cəsədin həqiqətən Şabah Bayriyə məxsus olduğunu təsdiqləyib.

Məhkəmədə müttəhim Musa və Mehmetin anası da ifadə verib: “Şaban bizim qoyunlara da baxırdı. Bir gün gəlib mənə oğlun Mehmeti arvadımla birlikdə tutmuşdu, mənə dedi ki, oğlunuza tərbiyə verin”.

Məhkəmədə ifadə verən Musa “Hadisə hər gecə yuxuma girirdi. Şabanı insan yerinə qoymadılar. Mərhumla heç bir davam olmayıb, vicdanım rahatdır” deyib.

Bundan əlavə cəsədin müəyyən olunması üçün aparılan DNA testləri zamanı da uşaqlardan birinin Şaban Bayridən olmadığı ortaya çıxıb. Atasının Şaban Bayri olmadığını öyrənən Sevda L. şok keçirib.

Hadisə ilə bağlı məhkəmə araşdırması davam edir.

Ramal


Müəllif: