20 Noyabr 2015 14:21
595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Çobanabdallı kəndində qeydə alınıb.

Gəncə şəhər sakini Mehman İbrahimov idarə etdiyi “Daewoo” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə M.İbrahimov və sərnişinlərindən Gəncə şəhər sakini Xatirə Kərimova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: