20 Noyabr 2015 14:45
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda qanunsuz ovla məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Dədə Qorqud kəndində qanunsuz ov edən İmişli rayon sakini Vüsal Hümbətov və Etiram Əhmədzadə Saatlı Rayon Polis Şöbəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşları tərəfindən saxlanılıblar.

V.Hümbətovdan “TOZ-63” markalı ov tüfəngi və 24 ədəd patron, E.Əhmədzadədən isə “İJ-18” markalı ov tüfəngi götürülüb.

Hacı Zeynalov


Müəllif: