20 Noyabr 2015 15:14
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi paytaxtda silsilə cinayətlər törədən şəxslərin tutulması istiqamətində əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, əməliyyat Xəzər və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları tərəfindən keçirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də Sabunçu rayonu ərazisindən Emin İbrahimova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmış Bakı şəhər sakinləri Tural Qədirov və Elman Cəbiyev tutulublar.

Elman Cəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Samir Abbasova və Anar Quliyevə məxsus “VAZ-2106” markalı avtomobilləri qaçırması da müəyyən edilib.

Dəstə üzvlərinin başqa cinayətlərdə iştirak edib-etməmələri araşdırılır.

Hacı Zeynalov


Müəllif: