20 Noyabr 2015 15:20
1 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı - Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci təvəllüdlü İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məherum edilib.

Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı İzzət Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Aytac Babayevanın anası Gözəl Babayeva qızını öldürən İzzət Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, bu il aprelin 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan narazılıq zəminində baş verib.

Hacı Zeynalov


Müəllif: