20 Noyabr 2015 17:06
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda gənc oğlan polisi ayağa qaldırıb. Teleqraf.com xəbər verir ki, Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Tural İmanov Daxili İşlər Nazirliyinin “102” xidməti ilə əlaqə saxlayaraq bildirib ki, naməlum şəxslər Ə.Məmmədəliyev küçəsi, 3 ünvanını qarşısında ona və qardaşına hücum ediblər.

Onun bildirdiyinə görə, həmin ünvanda naməlum şəxslər onun qardaşını öldürüblər, onun özü isə hadisə yerindən qaçıb. Verilən məlumat dərhal Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ötürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Tural İmanov sərxoş olub və verdiyi mçəlumat yalandır. Tural İmanovun barəsində toplanmış materiallara hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: