21 Noyabr 2015 01:20
1 074

Kriminal aləmdə "Osetrina" ləqəbi ilə tanınan avtoritet Moskva polisi tərəfindən saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, dələduzluqda ittiham edilir.

Məlumatlara görə, "vor" Moskva sakinindən zorla 1,2 milyon dollar pul alıb. Polisdə dindirilmə zamanı "Osetrina" həmin şəxsi öldürməklə təhdid etdiyini bildirib. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Samir


Müəllif: