21 Noyabr 2015 12:52
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün saat 11-12 radələrində Daşburun-Beyləqan yolunda baş verib. Belə ki, İbişov Dünyagil Məcnun oğlu Beyləqan istiqamətində hərəkıtdə olarkən idarəetməni itirərək ordakı su kanalına düşüb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.

Avtomobildə olan sərnişinlər, 1993-ci il təvəllüdlü Vəliyeva Sərcan Tofiq qızı və Bayramov Mərhəmət Səmərqənd oğlu müxtəlif dərəcəli bədən xəsarətlərilə Beyləqan rayon xəstəxanasına yerləşdirilib.

Xalid Səmədbəyli


Müəllif: