22 Noyabr 2015 22:38
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elektrik mantyoru özünü kabellə asaraq intihar edib.

Teleqraf.com-un xəbərinə görə, hadisə bu gun axşam saatlarında Yevlax rayonunda qeydə alınıb. Şəhərin N.Nərimanov küçəsində yaşayan Nizami adlı şəxs evdə asılmış vəziyyətdə tapılıb. Şahidlərin bildirdiyinə görə, onu qardaşı evdə asılmış vəziyyətdə tapıb.

O da bildirilib ki, Nizami ailəlidir, 2 övladı var. Lakin onun bir il öncə ailəsindən ayrıldığı deyilir. Qardaşı ilə bir evdə yaşayan Nizami elektirik işləri ilə məşğul olurmuş.

Xalid Salmanbəyli


Müəllif: