22 Noyabr 2015 23:28
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayon ərazisində bir nəfərin ölümü iki nəfərin isə ağir bədən xəsərəti nəticilənən yol nəgliyət hadisəsi baş verib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza bu gun axşam saatlarında rayonun Sabirkənd kəndində baş verib.

"Kamaz" markali yük maşıni ilə "Vaz-21011" markalı minik maşını toqquşub. Qəza nəticəsində "Vaz"-da olan Düyərli kənd sakini 1967-ci il təvəllüdlu İxtiyar Cəlilov və onun həmkəndlisi 1972-ci il təvəlludlü Sevinc Nagıyeva ağir bədən xəsarətiylə Şəmkir rayon mərkəzi xəstəxanasına yerleşdiriliblər.

Yol nəqliyyat hadisəsi zamanı "Vaz"-ın sürücüsünün hadisə yerində dunyasını dəyişdiyi bildirilib. Faktla bağli araşdırılma aparılır.


Müəllif: