23 Noyabr 2015 09:32
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonunda yanğın baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Qoruqbağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli, 1 otaqlı evdə yataq dəsti və geyim əşyası yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: