23 Noyabr 2015 10:19
756
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda Türkiyə vətəndaşı döyülüb.

Teleqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsində Türkiyə vətəndaşı, 1950-ci il təvəllüdlü Halis Kamal oğlu Merzifonoğluna qarşı zorakılıq edilib.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə ərizə ilə müraciət edən Türkiyə vətəndaşı bildirib ki, ona qarşı zorakılıq göstərən Akif adlı şəxs olub. Akif adlı şəxs Türkiyə vətəndaşını döyərək, ona xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: