23 Noyabr 2015 13:13
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı polisi axtarışda olan şəxslərin tutulması üçün əməliyyat keçirib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1963-cü il təvəllüdlü Cəmşid Əliyev tutulub.

Daha bir əməliyyatı Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları keçirib. Əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Ramin Rəcəbov yaxalanıb.

Oxşar əməliyyatı Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşları tərəfindən keçirilib.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 1981-ci il təvəllüdlü Əliyar Qurbanov saxlanılıb.

Hacı Zeynalov


Müəllif: