23 Noyabr 2015 13:53
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Danaçı kəndində qeydə alınıb.

Rayon sakini İlham Qaralov idarə etdiyi “Volkswagen” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə onun sərnişinləri, həmkəndliləri Pirdaz Meselova və Rəsmiyə Qaralova xəstəxanaya yerləşdirilib. Rəsmiyyə Qaralovaya tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: