23 Noyabr 2015 14:11
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan İsmayılov bıçaqlanıb. O, döş nahiyyəsinin kəsilmiş, deşilmiş yarası ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı dərhal əməliyyat edilib və həkimlər onun vəziyyətinin ağır olduğunu bilidirirlər. Şəmkir rayon Polis Şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində Ruslan İsmayılovu vuranın kimliyi müəyyən edilib. O, Mahmudlu kənd sakini 16 yaşlı Şəhriyar Muradovdur.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Şəhriyar Muradov tutulub. Şəhriyar Muradovun məktəbli olduğu bildirilir. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Hacı Zeynalov


Müəllif: