24 Noyabr 2015 09:12
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdədə yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Lək kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 144 kv.m olan ikimərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m və 1 otağının tavanı 28 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: