24 Noyabr 2015 13:18
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq hadisəsi baş verib.

Bakı şəhər Baş Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 13-də Bülbülə qəsəbəsi S.Əliyev küçəsində Bakı şəhər sakini Amil Fərzəliyevə məxsus “VAZ-2107” markalı avtomobildən mobil telefon oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1998-ci il təvəllüdlü Babaxan Bağırov və 2001-ci il təvəllüdlü İsmayıl Babayev tutulub.

Hacı Zeynalov


Müəllif: