24 Noyabr 2015 14:49
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələri satmaqda təqsirləndirilən 1981-ci il təvəllüdlü Elsevər Osmanovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elsevər Osmanov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşları tərəfindən Bakı şəhər sakini Elsevər Osmanov həbs edilib. Ondan 1 kiloqram 50 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: