24 Noyabr 2015 21:54
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əlizamin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən tələb edib. Daha sonra məhkəmə Əlizamin Cəfərova sön söz verib.

O, özünü təqsirli bilməyərək onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib: “Fəxrəddin Sultanovun qurbanı olmuşam. İlkin istintaq zamanı üzləşmə düzgün aparılmadı. Özümü mənimsəmədə təqsirkar hesab etmirəm. Məhkəmə heyətindən mənə bəraət verilməsini xahiş edirəm”.
Daha sonra hakim heyəti hökm qəbul etmək üçün müşavirə otağına yollanıb. Bir neçə saatlıq müşavirə keçirən hakim heyəti yenidən zala qayıdaraq Əlizamin Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər.

Qeyd edək ki, Əlizamin Cəfərov 2009-cu ildən "Araz" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 271 min 402 manat dəyərində malını mağazalara sataraq, pulunu mənimsəyib. Ə.Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif: