25 Noyabr 2015 10:15
865
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində yerləşən evlərdən birində qeydə alınıb.

Kirayədə yaşayan Oğuz rayon sakini, 1994-cü il təvəllüdlü Şərqiyə Ramazanova ev sahibi, 1940-cı il təvəllüdlü Səmayə Nəcəfovanı bıçaqlayaraq qətlə yetirib.

Cinayəti törədən həbs edilib. Şərqiyyə Ramazanovanın Sumqayıt Dövlət Universitetinin tələbəsi olduğu bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: