25 Noyabr 2015 11:47
859
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda polis əməkdaşı döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində qeydə alınıb.

R.Əlicanov küçəsində yerləşən çayxananın qarşısında Azər adlı şəxslə Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsində sürücü işləyən, polis serjantı Kamran Muxtarovla mübahisə edib.

Mübahisə zəminində Azər adlı şəxs Kamran Muxtarovu döyərək, ona xəsarət yetirib. Azər adlı şəxs həmçinin polis əməkdaşını öldürməklə hədələyib. Hadisə Kamran Muxtarovun xidmətindən kənar vaxt baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: