Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Quşçu qəsəbəsində qeydə alınıb.
Rayon sakini Arzu İsmayılov idarə etdiyi “VAZ-2106” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov