25 Noyabr 2015 17:50
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində sevgilisi Tural Mustafayevi intihar həddinə çatdırmaqda, mənimsəmədə, vergidən yayınmaqda və digər cinayətlərdə ittiham olunan “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılın barəsində çıxarılan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Xədicə İsmayılın şikayəti təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xədicə İsmayılın ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə ittiham sübuta yetirilməyib və həmin maddə üzrə ona bəraət verilib.


Xədicə İsmayıl ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2, 179.3.2-ci maddələri üzrə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 3 il müddətinə isə vəzifə tutmaq hüququndan məhrum edilib.

Hacı Zeynalov


Müəllif: