25 Noyabr 2015 18:16
818
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda yaşlı kişidən şantajla pul tələb olunub.

Teleqraf.com xəbər verir ki, Ağdam rayon sakini, 1950-ci il təvəllüdlü E. A. Teylor adlı şəxsin şantajı ilə üzləşib.

Teylor 65 yaşlı kişinin haqqında olan rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələyərək, ondan 1000 manat tələb edib. Tələb olunan pulu tapa bilməyən 65 yaşlı kişi həmin şəxsin barəsində Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Polisə şikayət edən E.A.-nın cinsi azlıqların nümayəndəsi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: