26 Noyabr 2015 12:39
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Xıdırlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini Seymur Hüseynov vurulub.

Nəticədə piyada hadisə yerində ölüb. Yol qəzasını törədən sürücü hadisə yerindən qaçıb. Hazırda polis qəzanı törədən sürücünün müəyyən edilərək həbs edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: