27 Noyabr 2015 11:57
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun A.Abbaszadə küçəsində evlərdən birində qeydə alınıb.

1987-ci il təvəllüdlü İlqar Aşurbəyov intihar edib. Paytaxtda fərdi əməklə məşğul olan 28 yaşlı oğlanın hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: