27 Noyabr 2015 12:37
516
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabul rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun mərkəzində, Əlağa Vahid küçəsi, 155 ünvanında qeydə alınıb.

1953-cü il təvəllüdlü Əflan Hüseynov həyat yoldaşı, 1954-cü il təvəllüdlü Almaz Hüseynovanı bıçaqlayaraq öldürüb. Əflan Hüseynov həyat yoldaşını qətlə yetirəndən sonra ov tüfəngi ilə özünü də vuraraq öldürüb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: