Bakının Xəzər rayonunda quldurluq hadisəsi törədilib.
Teleqraf.com xəbər verir ki, Binə qəsəbəsində şəxsiyyəti məlum olmayan 2 nəfər “Saipa” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini İbrahim Qarayevi bıçaqla hədələyərək pul verməsini tələb ediblər.
Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakinləri Ədalət Şirəliyev və Telman Məmmədov tutulublar.
Hacı Zeynalov