27 Noyabr 2015 15:29
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Müdafiə nazirinin keçmiş müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.

Teleqraf.com xəbər verir ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə Nəriman Niftəliyev və Rauf Aşurov yenidən dindiriliblər. Hər iki şahidin yenidən dindirilməsinə səbəb əvvəlki ifadələrinin ziddiyyətli olması ilə bağlı olub.

Daha sonra şahid qismində İlham Məmmədov ifadə verib. O, ifadəsində əvvəllər Müdaiə Nazirliyinin Mənzil İstismar İdarəsində mühəndis işlədiyini qeyd edib: “Mehman Səlimovu tanıyıram. Nazir müavinimiz olub. Sonradan nazirliyinin sifarişi ilə tikinti işləri həyata keçirirdi. Məni də Mehman Səlimovun apardığı tikinti yerlərinə təhkim eləmişdilər. İşimiz adı ondan ibarət idi ki, Mehman Səlimovun gördüyü işlərə nəzarət edim. Mən işin keyfiyyətinə, həcminə baxırdım. İstintaqa verdiyim ifadələri təsdiqləyirəm”.

Mehman Səlimovun vəkili vəsatətlə çıxış edib. O, çıxışında Mehman Səlimovun həbsindən sonra onun tam başa çatdırmadığı tikintinin hansı şirkətə verildiyini bilmək məqsədilə sorğu verilməsini istəyib. O, eləcə də, həmin şirkətinin rəhbərlərinin məhkəməyə əlavə şahid qismində çağrılmasını istəyib.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Hacı Zeynalov


Müəllif: