27 Noyabr 2015 15:59
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

İki minik maşının toqquşması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, hadisə vaxtı ölən Ələsgər Ələsgərov rayonun Veyisli kənd orta məktəbinin direktoru, Nofəl İsgəndərov isə onun müavini olub. Digər ölən iki nəfərin şəxsiyyəti isə hələki məlum deyil.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: