27 Noyabr 2015 16:17
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Əzimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Gülnarə Əzimovaya 7 il 5 ay 28 gün azadlıqdan məhrum edilmə cəzası verilib. Məhkəmə istintaqı dövründə azadlıqda olan Gülnarə Əzimova məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, Gülnarə Əzimova şəhər sakinlərinin etimadını qazanaraq dələduzluq edib. Gülnarə Əzimova Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: