29 Noyabr 2015 01:37
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayon mərkəzi xəstəxanasından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Hazırda hər iki yaralı əməliyyata qaldırılıb. Üzərilərində əməliyyat aparılır.


Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.


Hadisə ilə bağlı digər versiyaların üzərində əməliyyat tədbirləri aparılır.


Müəllif: