30 Noyabr 2015 10:41
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1983-cü il təvəllüdlü Azər Baxışəliyev bıçaqlanıb. O, bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin araşdırma zamanı Azər Baxışəliyev intihar etmək məqsədilə özü-özünə bıçaqla xəsarət yetirdiyi məlum olub. Onun hansı səbəbdən intihara cəhd etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: