30 Noyabr 2015 11:49
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ramin Həsənov bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Vaxtında tibbi yardım göstərildiyi üçün Ramin Həsənovun həyatını xilas etmək mümkün olub.


Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Bakı şəhər sakini Orxan Əhmədov tutulub.

Hacı Zeynalov


Müəllif: