Daxili İşlər Nazirliyi Zaqatalada baş verən dəhşətli cinayət hadisəsi ilə bağlı rəsmi açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a verilən xəbərə görə, noyabrın 28-də Zaqatala şəhərində şəhər sakini Araz Musayev münaqişə zəminində həmyerlisi Vüsal Bəşirovun qollarının bilək nahiyəsinə balta ilə xəsarət yetirib.
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Musayev tutulub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov