Bakının Yasamal rayonunda dələduzluq faktı qeydə alınıb.
Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü İradə Cəfərova tutulub.
O, cari ilin avqust ayının 20-də Bakı şəhər sakini İlahə Abbasovanın etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə 6500 manat alıb qaytarmamaqda şübhəli bilinib.
Hacı Zeynalov