1 Dekabr 2015 13:53
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə təqsirli bilinən məhkumun şikayətini təmin etmədi

Qətl törətməkdə təqsirli bilinən Ədalət Əhmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, 14 noyabr 2014-cü ildə Bakının Gəncə prospektindəki mənzilində Kamil Bədəlov qətlə yetirilib. Qətli törədən Ədalət Əhmədov noyabrın 16-da Qazax rayonu ərazisində saxlanılıb.

Məlum olub ki, Kamil Bədəlovun qız üstə mübahisəsi Xalıq Qurbanovla yaranıb. Onların ortaq tanıdıqları bir qız olub. Dəfələrlə məhkum olunmuş və Cinayət Məcəlləsinin 6 maddəsi ilə axtarışda olan Kamil Bədəlov qızdan əl çəkməsi üçün Xalıq Qurbanovdan pul tələb edib.

Kamil Bədəlov məsələni aydınlaşdırmaq üçün Xalıq Qurbanovla görüşmək istəyib. O, görüş yerinə dostu Ədalət Əhmədovla gəlib. Kamil Bədəlov Xalıq Qurbanovla olan mübahisəsinin əsl mahiyyətini Ədalət Əhmədovdan gizlədib. Kamil Bədəlov tanışını aldadıb ki, meyxana ifaçısı olan Xalıq Qurbanovla “söz” mübahisəsi olub və bunu aydınlaşdırmaq istəyib. Ədalət Əhmədov da Kamil Bədəlovla birlikdə Xalıq Qurbanovla görüşüblər.

Görüş zamanı isə Ədalət Əhmədov mübahisənin əsl mahiyyətini bilib və buna görə də Kamil Bədəlovla mübahisə edib ki, belə söhbətə onu niyə gətirib. Həmin vaxt Xalıq Qurbanov oradan gedib.

Bundan sonra Kamil Bədəlovla Ədalət Əhmədov mübahisə edib və mübahisə qətllə nəticələnib.
İstintaqın ilkin gedişində Xalıq Qurbanov cinayəti törətməkdə şübhəli bilinərək saxlanılsa da istintaq orqanı onun qətl hadisəsini iştirakında təqsirli bilinmədiyi nəticəsinə gəlib.

Ədalət Əhmədov Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, şikayətində barəsində verilən hökmün əsassız olduğunu iddia edib. Bildirib ki, ona qarşı irəli sürülən bu ittihamlar əsassızdır, ortada heç bir sübut yoxdur. Təqsiri olmadan barəsində hökm çıxarıldığını iddia edən Ədalət Əhmədov apelyasiya şikayətində barəsində bəraət verilməsini istəyib.

Ədalət Əhmədovun iddiasına görə, qətlə yetirən şəxs onu vurub, o da özünü müdafiə etmək məqsədilə cinayətə əl atıb. Ədalət Əhmədvov bütün günahların qətlə yetirilən Kamil Bədəlovda olduğunu göstərib.
Apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun icraatına verilib. Prosesdə aparılan araşdırma zamanı Ədalət Əhmədovun şikayəti əsassız hesab edilib və bu səbəbdən hakim heyəti onun şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər