1 Dekabr 2015 13:17
688
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Murad Əliyev bıçaqlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Elmar Mehdiyev tutulub.

Hacı Zeynalov


Müəllif: