Şəki rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Aşağı Göynük kəndində qeydə alınıb.
Şəxsiyyəti məlum olmayan 3 nəfər rayon sakini Aqil Güləhmədova zor tətbiq edərək 161 manatını alıblar.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Pərvin Məmmədov, Gündüz Abbasov və Taleh Rəhimov tutulublar.
Hacı Zeynalov