1 Dekabr 2015 21:14
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə nişanlısının ona hədiyyə etdiyi telefonu sınan gənc qız intihar edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Adanada baş verib.

22 yaşlı Sultan G. adlı gənc qız iki ay əvvəl ailəsinə kömək etmək üçün əmisinin fermasında işləməyə gedib. Amma fermada onun asılmış meyiti tapılıb.

Qızın cəsədi ekspertiza üçün ekspertizaya göndərilib. Qızın qohumu 34 yaşlı İsmail G. intihar haqqında bunları deyib: "Sultan G. əmimqızı idi. İki aydır bizdə qalırdı. Fermada birlikdə işləyirdik. Nişanlısı ona telefon göndərmişdi. Sultan telefonu yerə salıb qırdı. Nişanlısı telefonun qırılmasına əsəbləşmişdi. Bunu Sultanın ailəsinə deyib nişanı qaytarmışdı. Bu Sultanı çox kədərləndirdi. 2-3 gün idi özünə qapanmışdı. Nişanlısının tərk etməsinə dözmədi" deyib.

Hadisə ilə bağlı istintaq davam edir:

Ramal


Müəllif:

Oxşar xəbərlər